İlham Əliyev Milli Məclisin daxili nizamnaməsinə dəyişikliyi təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Minval.info AzərTac-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilib:
“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir”.
Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiyalar nə qədər artırıldı? - RƏSMİ
Azərbaycanla Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Prezident icra başçısını işdən çıxartdı
Prezidentdən Abel Məhərrəmovla bağlı SƏRƏNCAM
Azərbaycanda karantin qaydaları sərtləşdiriləcək — RƏSMİ