İlahiyyatçıdan "Allah" sözünün yerdə olmasına REAKSİYA: "Kim atasının adını ayaqaltına yazar?"
Bugünlərdə Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində ortaya çıxan mənzərə dindarların narazılığına səbəb oldu. Orada üzərində aktyor Allahverdi Yolçuyevin adı yazılan reklam posterinin yerə yapışdırılması, inanclılarda qıcıq yaratdı. Belə ki, sənətçininb adında “Allah” sözü olduğundan dindarlar buna etiraz etdi. Bununla əlaqədar olaraq reklam posteri aradan qaldırıldı.
Dindarların adın yerdə yazılnmasına reaksiyası İslam dininin göstərişlərinəmi əsaslanır, yoxsa bu, onların təəssübkeşliyindən irəli gəlir?
Məsələ ilə əlaqədar Minval.info ilahiyyatçı Emil Rahiloğlunun fikirlərini öyrənib.
İlahiyyatçı saytımıza açıqlamasında deyib ki, şəriət nöqteyi-nəzərən bu, haramdır. Onun sözlərinə, risalə kitablarında (şəriət kitablarında) yazılıb ki, hətta “Allah” sözünə dəstəmazsız əl vurmaq olmaz. Din xadimi həmçinin adın yerə yazılmasının qəsdən atılan addım kimi olduğunu düşünmür.
Emil Rahiloğlu dünya şöhrətli boksçu Məhəmməd Əlinin adının yerə vurulması ilə razı olmamasını xatırladıb: “Onun adında hələ “Allah” sözü yoxdur, etiraz etmişdi. Buna görə, adını divara yazmışdılar. Gərək bu məsələlərə diqqət edilsin. Ümumiyyətlə, divara Quran ayəsinin, hədislərin, dini kəlamların yazılmasında heç bir problem yoxdur. Təbii ki, həmin divarın sahibi narazılıq etmirsə”.
“Birmənalı olaraq kiminsə adında “Allah” sözü varsa, onun yerə yazılması qadağandır. Məsələn, kim atasının adını reklam xarakterli olaraq yerə – ayaqaltına yazar? Kimsə bu işi görər? Hamı istəyər ki, adı uca yerdə olsun. Din də həmin nöqteyi-nəzərdən, ağıl və məntiqə əsaslanaraq bunu deyir”, – ilahiyyatçı sonda əlavə edib.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təhsil haqqını kazinoda uduzan azərbaycanlı tələbə özünü öldürdü
Bakıda 2 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirildi
Mirşahin Ağayevin qardaşına hökm oxundu
Azərbaycanda elektromobil istehsal olunacaq - FOTO
“Azərxalça”nın yeni sədri Elxan Məmmədovun qardaşıdır - DOSYE
Bir gündə 31 nəfər koronavirusdan dünyasını dəyişdi
Sabah hava yağmursuz keçəcək