İkiqat Azərbaycan çempionu lezbiyan olduğunu gizlətmədi
Qadın voleybolçulardan ibarət Polşa yığmasının üzvü Katarjina Skorupa maraqlı açıqlama ilə adından söz etdirib.
Fanat.Az xəbər verir ki, o, lezbiyan olduğunu bildirib.
Vaxtilə Azərbaycanda – “Rabitə”də oynamış Skorupanın ötən il həmcinsi olan italyan voleybolçu Paola Eqonu ilə öpüşmə şəkli İtaliya mətbuatında yayılmışdı. Eqonu ilə ayrıldığını söyləyən Katarjina ondan əvvəl də qadın sevgilisinin olduğunu deyib.
O, lezbiyan olduğunu əvvəllər açıqlamamasının səbəbini ona belə bir sualın verilməməsi ilə izah edib. Skorupa lezbiyan olduğu üçün hər zaman ayrı-seçkiliyə məruz qaldığını və bu vəziyyətin Polşada insanlara narahatlıq verdiyini vurğulayıb: “Ayrı-seçkilik olduğunu hiss etdim və bu gün də bunlar olur. Polşadakı yeganə lezbiyan voleybolçu mən deyiləm. Sadəcə, digərləri bu problemləri yaşamamaq üçün gizli saxlayır. Bunun nəticələri adətən ağır olur. Sponsorun geri çəkilməsi ilə yaranan maddi problemlər, klubdan uzaqlaşdırılma… Milli komandadakı yerini itirməmək üçün homoseksualizm haqqında danışa bilməyən oyunçular tanıyıram”.
Qeyd edək ki, 2012-2014-cü illərdə ölkəmizdə “Rabitə”nin formasını geyinən Katarjina Skorupa ikiqat (2013, 2014) Azərbaycan çempionudu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı