İki şairlə bağlı Birinci Vitse-Prezidentə müraciət

Gənc şair Şəhriyar del Geraninin təşəbbüsü ilə bir qrup yazar tanınmış şairlər Musa Yaqub və Vaqif Bayatlının səhhəti ilə bağlı Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, müraciətdə qeyd olunur ki, Azərbaycan mədəniyyətin qorunması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın gördüyü işlər son dərəcə dəyərli və təqdirəlayiqdir.
“Yardıma və mənəvi dəstəyə ehtiyacı olan mədəniyyət xadimlərinin müalicəsi üçün göstərdiyiniz qayğı hər zaman ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Elə nəzərinizə çatdıracağımız məsələyə də yüksək həssaslıqla yanaşacağınıza əminik. Belə ki, müasir Azərbaycan poeziyasının iki mötəbər nümayəndəsi – Musa Yaqub və Vaqif Bayatlının səhhətində uzun müddətdir ciddi problemlər yaranıb. Musa Yaqub da, Vaqif Bayatlı da yalnız məhdud şəxsi vəsaitləri hesabına müalicə olunmaq məcburiyyətində qalıblar. İki böyük sənətkarın səhhətindəki probleminin həllində yardımçı olacağınıza ümid edirik”, -deyə müraciətdə qeyd olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər