İki ölkə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdi
Kanada Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında qanunu ratifikasiya edib.
Modern.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo məlumat yayıb.
“Yaxın dost və təhlükəsizlik tərəfdaşı kimi Kanada onların NATO-ya qoşulmasını qətiyyətlə dəstəkləyir. Onların üzv olması NATO-nu daha da gücləndirəcək. Biz bütün müttəfiqləri analoji addımı atmağa çağırırıq”, – Baş nazir Castin Trüdo bildirib.
İki ölkənin NATO-ya qoşulmasına Danimarka da yaşıl işıq yandırıb.
“Danimarkanın Finlandiya və İsveçin üzvlüyü ilə bağlı ratifikasiyası başa çatıb. Ümid edirəm ki, bütün müttəfiqlər tərəfindən eyni sürətlə ratifikasiya ediləcək”, – Danimarka Xarici İşlər Nazirliyi bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu