İftara toplaşan 10 nəfər zəhərləndi - AQTA-dan açıqlama
Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.
Bu barədə Report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov deyib.
O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.
“Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib”, – DİN rəsmisi vurğulayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: “Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəbələdə zəlzələ
Bakıda evdən 23 min manatlıq oğurluq olub
Bakıda dəhşətli görüntü – avtomobil piyadanı vurub kənara atdı – VİDEO
Lənkəranda ağaclar kəsilib - Nazirlik araşdırmaya başladı
65 yaşlı qadın İsmayıllıda amansızlıqla öldürüldü – Təfərrüat
Bakıda mağaza yanıb