İdman qidalarının arıqlatma sirri: AQTA-dan ciddi xəbərdarlıq!
Son zamanlar sosial media platformalarında bəzi idman qidalarının “arıqlamağa kömək edir”, “piy yandırır” kimi ifadələrlə reklam edilməsi halları artmaqdadır.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu cür ifadələrlə təqdim olunan qida məhsullarının qanunvericiliyə uyğun olmadığını bildirir. “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, məhsulların etiketində və reklamında həmin məhsula aid olmayan təsirlərin göstərilməsi qadağandır.
İdman qidalarının tərkibindəki komponentlərin arıqlama və ya piy yandırma təsiri göstərdiyinə dair beynəlxalq səviyyədə tanınmış hər hansı sağlamlıq bəyanatı yoxdur. Bu səbəbdən, bu cür iddialarla məhsulların təqdim edilməsi istehlakçılarda yanlış təsəvvür yaradır.
AQTA sahibkarlara xəbərdarlıq edir ki, məhsulların satışını artırmaq məqsədilə əsassız xüsusiyyətlərin reklam edilməsi yolverilməzdir. Sahibkarlar yalnız qanunvericiliyə uyğun və istehlakçını yanıltmayan məlumatlardan istifadə etməlidirlər.
İnfluenserlər və ictimai nüfuz sahiblərinə də müraciət edərək, təqdim etdikləri məhsulların doğruluğunu yoxlamağa çağırırıq. Sağlamlıq və bədən çəkisi ilə bağlı əsassız iddiaların yayılmasından çəkinmək vacibdir. Bu cür reklamlar istehlakçıların yanlış yönləndirilməsinə səbəb ola bilər.
İstehlakçılara xəbərdarlıq edirik ki, sosial media reklamlarında səsləndirilən hər iddia məhsulun real təsirini əks etdirmir. Onlar yalnız rəsmi və etibarlı mənbələrə əsaslanmalıdırlar.
AQTA qida məhsullarının reklamı və təqdimatı zamanı qanunvericiliyə əməl olunmasına nəzarəti davam etdirəcək və istehlakçıların yanlış yönləndirilməsinin qarşısını almaq üçün tədbirlər görəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdaşda qatar faciəsi: Müharibə iştirakçısı öldü
Bakı və Abşeronda dolu təhlükəsi: FHN xəbərdarlıq edir
Sentyabrda havanın sürprizləri: Yağış, isti, soyuq!
Bakıda leysan və şimşək gözlənilir!
Sabah braziliyalı Du Keyrosu heyətə qatır
2026-cı ildə pensiyalar 10.5 faiz artırılacaq!
Nərmin Ələkbərova BANM-də şöbə müdiri oldu