04.09.2018 - 18:12
Vacib 18 baxış

İcra Hakimiyyətindən yeni qadağa - Bakıda peyk antenaları söküləcək

Bakıda paltar asmaq üçün istifadə olunan iplərin eyvanlardan sökülməsindən sonra bu dəfə də antenaların sökülməsinə başlanılacaq.

Minval.info Sputnik Azərbaycana istinadla verdiyi məlumata görə, Bakı şəhəri İcra Hakimiyyəti binaların fasadlarına peyk antennalarının quraşdırılmasını qadağan edib.

Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi Xalid Ələkbərov bildirib ki, şəhərin təmiz və səliqəli olması ilə bağlı tapşırıq verilib.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, icra hakimiyyətinin bu tələbləri hələlik yalnız tövsiyə xarakteri daşıyır. Peyk antenadan istifadədən imtina etmək üçün yalnız məhkəmə qərarı olmalıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: