İcra başçısının həbs müddəti artırılır
İstintaq orqanı Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verib.
HİT.Az xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
Prezident İlham Əliyev avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərovn Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Məşğulluq Agentliyinə yeni departament müdiri təyin olundu
Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verilib
Miri Yusif öz rekordunu yenilədi
Nigar Şabanova ilə Vasif Əzimov diqqət mərkəzində
“Ritual etdim, ərə gedəcəyəm” deyən astroloqun toyudur
Ruslan Əhmədoğlunun ölümündən öncə yazdığı son bəstə - Video
Elnarə tələbələri ilə “Musiqili Bakı”da oxudu – Fotolar