İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu
Xaçmaz Rayon Məhkəməsi, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə, icra başçısının şikayətini əsassız hesab edərək rədd edib.
Minval.info xəbər verir ki, hakim Samir Bayramovun rəhbərliyi ilə keçirilən məhkəmə prosesində, Şabran rayonunun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun cinayət məsuliyyətinə cəlb olunması tələbi təmin edilməyib. İcra başçısı, onların Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə təqsirli bilinməsini istəyirdi.
Mübahisənin kökündə 2022-ci ildə baş verdiyi iddia edilən 15 ton toxumluq arpa alqı-satqısı dayanır. Vüsal Muradovun sözlərinə görə, anası Səbirə Vəliyeva, ümumi dəyəri 10 min 500 manat olan arpanı icra başçısına nisyə satıb, lakin bu məbləği hələ də ala bilməyib. Zərərçəkən tərəfin davamlı şikayətlərindən sonra Asif Hüseynov, Muradovlara qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi.
Beləliklə, Xaçmaz Rayon Məhkəməsi, Asif Hüseynovun xüsusi ittiham şikayətini təmin etməyərək, kənd sakinlərinin cinayət məsuliyyətinə cəlb olunması tələbinə son qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı