İcra başçısı xadiməni bağça müdirəsi təyin etdi: O da ilk gündən gəlinini işə götürdü
Qazax rayonu İkinci Şıxlı kəndində maraqlı hadisə baş verib.
Minval.İnfo avropa.info-ya istinadən xəbər verir ki, İkinci Şıxlı kəndi 1 nömrəli uşaq baxçasının müdirəsi Sədaqət Rəsulova və Turan adlı müəllimə işdən azad ediliblər.
Fevralın 27-də S.Rəsulovanın yerinə həmin bağçada xadimə işləyən Məhəbbət adlı xanım təyin edilib. O da öz növbəsində Turan müəllimənin yerinə öz gəlinini işə götürüb. Məlumata görə, xadimə Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın təqdimatı ilə icra başçısı Rəcəb Babaşovun sərəncamı əsasında bağça müdirəsi təyin edilib.
G.Həsənova xəbəri təsdiqləyərək yeni bağça müdirəsinin tibb texnikumunu bitirdiyini, bu səbəbdən də onun bağça müdirəsi təyin edilməsində heç bir problemin olmadığı deyib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sadiq Gözəlov vəzifəsindən azad edildi
Bakıda ən yüksək maaş verilən sahələr açıqlandı
Ölkə ərazisində hava soyuyacaq
Abel Məhərrəmovun milyonluq mülkləri: villalar, şadlıq sarayı... (SİYAHI)
Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
Yol kənarından qarpız almayın - Mütəxəssisdən məsləhət
Dövlət Xidmətindən ikili vətəndaşlığı olan şəxslərə XƏBƏRDARLIQ