İcbari tibbi sığortada rəqabətin məhdudlaşdırılmasına dair araşdırmalar başlayıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb. Məqsəd təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallarının qarşısının alınmasıdır.
Araşdırmalar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən, özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir