İbrahim həsənov finalda tarix yazacaq: Bakıdakı dünya çempionatında böyük həyəcan!
Bakıda keçirilən U17 dünya çempionatında güləş yarışları sona yaxınlaşır. Milli Gimnastika Arenasında baş tutan bu mötəbər yarışın altıncı günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində mübarizələr davam edir.
Minval.info xəbər verir ki, İbrahim Həsənov 51 kq çəki dərəcəsində uğurla irəliləyərək finala vəsiqə qazanıb. O, ilk qarşılaşmasında gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub edib. Daha sonra 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3 hesabı ilə üstələyib. Yarımfinalda isə rusiyalı İslam Kuraxmayev üzərində 10:6 hesablı qələbə qazanaraq finala yüksəlib. İbrahim Həsənov finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.
Digər güləşçilərimizdən Tunar Həsənov və Hüseyn Rzazadə də yarışlarda iştirak ediblər, lakin onlar müvafiq olaraq 1/4 final və təsəlliverici görüşlərdə məğlub olaraq mübarizəni dayandırıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib