Hulusi Akar azərbaycanlı şəhid ailəsinə məktub göndərib
Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, məktubu polkovnik Abdulla Qurbani Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırıb.
“Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib. Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”, – nazir məktubda qeyd edib.
Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən H.Akar V.Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.
Valeh Məmiyevin qardaşı Vüsal Məmiyev məktub üçün H.Akara təşəkkürünü bildirib və son damla qanınadək döyüşərək sözünü tutan böyük qardaşı ilə qürur duyduğunu vurğulayıb. Məmiyevlər ailəsi də Hulusi Akara cavab məktubu yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna qüvvələri irəliləyir: bu ərazilər azad edildi - XƏRİTƏ
Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
Dövlət başçısı “Qəbələ”nin prezidentini 2 medalla təltif etdi
Zakir Həsənov və Viktor Xrenin “Polonez” raketlərinə baxış keçirib
Kanada Ukraynaya 500 milyon dollar dəyərində əlavə hərbi yardım ayırıb
Rusiya ordusu Ukraynada İRƏLİLƏYİR