Hollivud ulduzu iki xanıma təcavüz edib

Hollivud ulduzu Kris Notun iki qadına fərqli zamanlarda cinsi təcavüz etdiyi iddia olunub.
Minval.info xarici KİV-ə istinadən yazır ki, adları açıqlanmayan iki xanım Krisdən şikayətçi olub. Onlardan biri 20-li yaşların əvvəlində aktyorla iş yerində tanış olduğunu söyləyib. O deyib ki, həmin vaxt 49 yaşı olan Kris onu evinə çağırıb. Qız bu dəvəti qəbul edib və sənətçinin evinə gedib.
O zaman Kris sözügedən xanıma təcavüz edib. Bundan sonra zərərçəkən xəstəxanaya getdiyini, lakin aktyorun məşhur olmasından və özünün işdən çıxarılmasından qorxduğu üçün şikayətçi olmadığını söyləyib.
Digər qadın isə hadisənin Krisin 60 yaşı olanda baş verdiyini deyib.
İndi jurnalist olan xanım o zaman ofisiant kimi çalışıb. Kris həmin xanımı evinə şam yeməyinə dəvət edib. Ora getdiyini bildirən qadın Krisin təcavüzünə məruz qaldığını söyləyib. Bundan sonra Not və qız arasındakı mesajlaşmalar tapılıb. Notun “Dünən gecə necə idi? Məncə, çox zövqlü idi. Sənin necə hiss etdiyini isə anlamadım” mesajını yazdığı, qızın da “Səninlə vaxt keçirməyi xoşladım. Lakin özümü istifadə olunmuş kimi hiss edirəm” deyə cavab verdiyi məlum olub.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Aktyor bu ittihamları qətiyyən qəbul etməyib. O, deyilənlərin yalan olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər