Hökumət Dövlət Komitəsinə 2 il ərzində mənzil və evlərin sənədləşdirilməsini tamamlamağı tapşırıb
Azərbaycanda 2019-2020-ci illərdə yaşayış sahələrinin sənədləşmələrinin tamamlanması istiqamətində tədbirlər həyata keçiriləcək.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Bu, sığortalanma üçün ilkin tələblərin təmin edilməsi üçün vacib şərt kimi qəbul edilib. Əmlak Məsələləri Dövlət Komitəsinə 2019-2020-ci illərdə yaşayış və qeyri-yaşayış sahələrinin sığortalanması məqsədilə həmin sahələrin sənədləşməsinin tamamlanması istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Paralel olaraq Fövqəladə Hallar Nazirliyinə 2019-2020-ci illərdə daşınmaz əmlakın tikinti standartlarına uyğun olaraq tikintisi və inşasını təmin etmək də tapşırılıb. Sənəddə qeyd edilib ki, əmlakın tikinti və inşaat standartlarına uyğun inşa edilməsi sığorta tarifinə birbaşa təsir edir və bu da sığorta haqlarının azaldılmasına, insanlara sığortanın əlçatan olmasına imkan verəcək. Bu baxımdan sığorta risklərinin düzgün qiymətləndirilməsi və idarə edilməsi məqsədilə daşınmaz əmlakın tikinti standartlarına uyğun olaraq tikintisinin və inşasının təmin edilməsi vacib sayılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO