Hiroşimada tapılan sirli metal: Elm dünyası çaşqınlıq içində
1945-ci ildə Hiroşimada baş verən atom partlayışından sonra elm dünyasına məlum olmayan yeni bir metal ərintisi ortaya çıxıb.
Minval.info xəbər verir ki, alimlər Xorasima körfəzinin sahil qumlarından götürdükləri mikroskopik şüşə parçalarında bu yeni metal ərintisini tapıblar.
Araşdırmaçılar bu ərintinin, nüvə partlayışının yaratdığı odlu kürənin içində, 7 min dərəcədən yüksək temperaturda formalaşdığını düşünürlər. Partlayışdan sonra maddələrin sürətlə soyuması nəticəsində bu yeni quruluşun meydana gəldiyi ehtimal olunur.
Alimlərin araşdırmalarına görə, ərinti dəmir, xrom, nikel, manqan, molibden, silisium və alüminium elementlərindən ibarətdir. Bu elementlər paslanmayan poladın tərkibində də mövcuddur, lakin yeni tapılan ərintinin daxili quruluşu daha əvvəl məlum olan heç bir maddəyə uyğun gəlmir.
Mütəxəssislər bu kəşfin, nüvə partlayışlarının normal şəraitdə Yer üzündə yaranması mümkün olmayan yeni maddələr formalaşdıra biləcəyini göstərdiyini bildirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib