Hind nazir Pakistanın çağırışına məhəl qoymadı

Hindistanın xarici işlər naziri Suşma Svarac Pakistanın etirazına rəğmən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən toplantısına qatılıb.
Teleqraf.com xəbər verir ki, hindli nazir çıxışında BƏƏ başda olmaqla bir sıra İƏT ölkəsi ilə strateji tərəfdaş, hərbi və iqtisadi əlaqələrə malik olduğunu söyləyib.
“Bəşəriyyəti terrorizmdən xilas etmək istəyiriksə, terrorçulara dəstək verən dövlətlərə onların düşərgələrini ləğv etməyi və o ölkədəki terror təşkilatlarına sığınacaq və maliyyə dəstəyini dayandırmalı olduqlarını söyləməliyik”, – deyə Suşma Svarac qeyd edib.
Qeyd edək ki, Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureyşi İƏT xarici işlər nazirlərinin 46-cı görüşünü boykot edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Almaniyada imiqrantlara qarşı etiraz dalğası başlayıb - VİDEO
ABŞ Şimali Koreyanı bombalamağa hazırlaşır
Türkiyə Prezidenti: “Suriyada İŞİD yoxdur”
Qabığını və yarpaqlarını əsla atmayın
Almaniyanın koronavirus peyvəndi kliniki testlərdən keçdi
Özbəkistanda oğurluq edən gənci asdılar - VİDEO
“Arsenal” futbolçusunun evində meyit tapıldı