Hikmət Mirzəyev xüsusi təyinatlıları belə təbrik etdi -VİDEO

Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyindən Minval.info-ya verilən xəbərə görə, birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.
İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və şəxsi heyətə müraciət edərək bildirib:
“Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.
https://youtu.be/mkr4Om95FQ4
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəsmi Moskvadan sərhəddəki vəziyyətlə bağlı - Açıqlama
Milli Məclis Prezidentin təqdim etdiyi qanun layihələrini təsdiqlədi
Əkrəm İmamoğlunun qələbəsi rəsmən tanındı
“Hərbi əməliyyatı dayandırsaq, bizi parça-parça edəcəklər”- Medvedyev
Almaniya Sosial-Demokrat Partiyasının sədri istefa verdi
