Hikmət Hacıyev Ermənistanın verdiyi mina xəritələrindən DANIŞDI
“Biz Ermənistandan mina xəritələrini almışıq. Amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir”.
“Minval.info”nun Report-a istinadla xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bizim əsas məqsədimiz məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılmasıdır. Əlbəttə ki, bu işin sürəti ərazilərin minalardan təmizlənməsindən asılıdır. Azərbaycan hökuməti bunun üçün səylərini əsirgəmir”, – o vurğulayıb.
Prezidentin köməkçisi qeyd edib ki, beynəlxalq fondlar minatəmizləmə işinə töhfə verməlidir: “Bunun üçün Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Azərbaycan bu sahədə qlobal fondun yaradılmasını təklif edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi