Hikmət Hacıyev: Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin sayı ciddi şəkildə azalıb
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayı ciddi şəkildə azalıb.
Minval.info məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısının tətbiq olunması və bu istiqamətdə görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsində ciddi şəkildə azalma tendensiyası vardır:
“Kifayət qədər ciddi və sağlam düşüncəli insanlar bu kimi səfərlərdən maksimum çəkinməyə çalışırlar və bunun hüquqi, siyasi və mənəvi fəsadlarını da çox yaxından dərk edirlər. Lakin Ermənistan tərəfi bu kimi səfərlərin azaldığını görərək tamailə qeyri-ciddi insanlara müraciət etməklə onların səfərlərini təşkil etmək və guya “işğal olunmuş ərazilərə səfərlərin sayı artır” deyə fon yaratmağa çalışırlar. Əgər həmin insanlara baxsaq, həqiqətən də obyektiv faktlarla görərik ki, onar tamamilə qeyri-ciddi və müəyyən dərəcədə qeyri-peşəkar fəaliyyət göstərən insanlardır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
