Heydər Əliyev Fondu aktyor Yalçın Səlimovun müalicəsini üzərinə götürüb
Heydər Əliyev Fondu serroz xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicəsini üzərinə götürüb.
Bunu “Report”a açıqlamasında teatrın mətbuat katibi Leyla Eynullayeva deyib.
O qeyd edib ki, aktyora qaraciyər köçürüləcək.
L.Eynullayevanın sözlərinə görə, teatr rəhbərliyi mütəmadi olaraq Y.Səlimovun səhhəti ilə maraqlanır: “Hazırda müalicə davam edir. Bu məsələ Sumqayıt Şəhər İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Müayinə, müalicə zamanı bütün dərmanlar ödənişsiz təmin olunur. Hazırda donorun analizlərinin cavabı gözlənilir. Nəticələr əldə edilən kimi Heydər Əliyev Fondunun yardımı ilə aktyora Azərbaycan xəstəxanalarından birində qaraciyər köçürüləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər