Heydər Əliyev prospektində hərəkətə məhdudiyyətlər gəlir
Bakının bir sıra əsas küçə və yollarında təmir işləri davam edir. Bu işlər çərçivəsində Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində də təmir işlərinə başlanılacaq. Təmir işləri sentyabrın 1-də saat 09:00-dan etibarən həyata keçiriləcək.
Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən verilən məlumata görə, təmir işlərinin gedişindən asılı olaraq, bu ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən bu müddət ərzində alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib