“Hercai”nin məşhur ulduzu haqda bilmədikləriniz
ATV-də yayımlandığı gündən etibarən Türkiyədə böyük bir izləyici auditoriyası toplayan “Hercai” serialının baş rol qəhrəmanı Akın Akınözü haqqında maraqlı məlumatlar üzə çıxıb.
Minval.info publika.az-a istinadən xəbər verir ki, Akın Akınözünün məşhur aktrisa Özlem Akınözünün oğlu olduğu məlum olub.
Miran obrazı ilə qəlblərə yol tapan yaraşıqlı aktyor 1990-cı ilə Ankarada dünyaya gəlib. “Hercai” serialı ilə ulduzu parlayan aktyor Türkiyə mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, anasının davamlı səyləri nəticəsində kino və serial sektoruna qatılmağa qərar verib. Əslində isə Akın Akınözü tamamilə fərqli bir peşə üzrə təhsil alıb.
Məşhurun sözlərinə görə, aktyor olmağı heç vaxt arzulamayıb. Amerikada riyaziyyat məzunu olan A.Akınözü anasının təşviqi ilə peşəsini dəyişib. Akın Akınözünün anası onun konservatoriyaya daxil olmasını istəyib, amma oğlu riyaziyyatı seçib. Riyaziyyat üzrə magistr dərəcəsini bitirən Akınözü anasının təkidlərindən sonra kino sahəsinə atılmağa qərar verib.
Akınözü ilk dəfə “Möhtəşəm 100 il Kösem” serialında İvan xarakterini canlandırıb. Daha sonra “Arkadaşlar iyidir” və “Payitaht Abdulhəmid” seriallarında rol alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi