Hərbi xidmət keçmədən "yararlı" bilet necə alınır?
Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa əsasən, bəzi hallarda həqiqi hərbi xidməti keçmədən ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Bu, yalnız məhdud hüquqi hallarda baş verir və xidmətə “yararlı” statusunun saxlanılması ilə həyata keçirilir.
Minval.info xəbər verir ki, bu hallardan biri yaş həddinin keçməsi ilə bağlıdır. Müxtəlif qanuni səbəblərdən, məsələn, təhsil, ailə vəziyyəti və ya səhhətlə bağlı müvəqqəti möhlətlər səbəbindən müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan və 30 yaşı tamam olanadək hərbi xidmətə çağırılmayan vətəndaşlar sülh dövründə həqiqi hərbi xidmət keçməmiş sayılırlar. 30 yaşı tamam olduqdan sonra ehtiyata keçirilir və onlara hərbi bilet verilir. Sağlamlıq vəziyyəti imkan verirsə, hərbi biletə onların hərbi xidmətə yararlı olmaları və ehtiyatda olmaları barədə qeyd vurulur.
Bundan əlavə, mülki ali hərbi məktəbləri və ya xüsusi təyinatlı təhsil müəssisələrini bitirənlər də bu kateqoriyaya daxildir. Dövlət təhlükəsizliyi, hüquq-mühafizə və ya hərbi təyinatlı ali məktəblərin kursantları təhsil dövründə xüsusi xidmət keçmiş sayılırlar və məzun olduqdan sonra müddətli əsgərlik xidmətinə aparılmır, birbaşa “yararlı” statuslu ehtiyatda olan zabit hərbi bileti alırlar.
ƏLAQƏLİ
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
Hərbi-uçot ixtisasına malik və ya öz razılığı ilə 19 yaşdan 40 yaşadək hərbi qeydiyyata alınan qadınlar da həqiqi hərbi xidmət keçməsələr də, hərbi qeydiyyata alınaraq “yararlı” qeydi ilə hərbi bilet alırlar. Əgər şəxs sağlamlıq imkanlarına görə xidmətdən azad edilirsə, onun hərbi biletində “yararlı” deyil, “dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı” və ya “tam yararsız” statusu qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib