“Heç kim sizi zorla deputat seçməyib” – Spiker deputatlara əsəbiləşdi
Spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında növbəti dəfə deputatlara irad tutub.
Bizimyol.info xəbər verir ki, buna səbəb zalda əyləşən deputatların telefonlarına zəng gəlməsi olub. Bunu eşidən spiker sərt reakiya verib:
“Ay millət vəkilləri, girmisiz Milli Məclisə. Hər dəfə sizə xəbərdarlıq edirik. Bu telefonlarınızı səssizə qoyun da!”
Spiker eyni zamanda deputatlara son xəbərdarlığını da edib. O bildirib ki, bəzi millət vəkilləri günün birinci yarısı iclasa gəlirlər. İkinci yarısı isə burada olmurlar:
“Heç kim burada heç kimdən artıq deyil. Bura heç kimi zorla deputat seçməyiblər. Parlament ayda 3-4 dəfə iclas keçirir. Hamı vaxtında burada iştirak etməlidir. Bir gün gəlib, o biri gün gəlmirlər. Belə işləmək saymazlıq olur. Xahiş edirəm, həmkarlarınıza da bunu deyin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
