“Havayı yerə vaxtımızı almasınlar” - Məzahir Pənahov
“İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayıb. Namizədlər üçün hər cür şərait yaradılıb, heç kimə maneçilik törədilməyib”.
“Minval.info” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən gün keçirilən mətbuat konfransında deyib.
Pənahov bildirib ki, seçkilərə kölgə salmaq istəyən insanlar da yersiz şikayətlər etməsinlər: “Mənasız, dezinformasiya xarakterli fikirləri yaymağa cəhd etməsinlər. Havayı yerə bizim vaxtımızı almasınlar. Biz onsuzda bütün halları araşdırırq. Bəziləri sosial şəbəkələrdə ajiotaj yaratmağa çalışırlar, məsələləri şişirdirlər, əsassız məlumatlar yayırlar. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, əgər hər hansı xoşagəlməz hal olarsa, bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilməlidir. Əgər doğurdan da xoşagəlməz hal varsa, dərhal tədbirlər görülüb aradan qaldırılacaq. Biz maksimum dərəcə də çalışırıq ki, xoşagəlməz hallar olmasın”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda