Havaya atılan tullantıların miqdarı normadan artıq olan müəssisə sahibləri barədə qərar verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabunçu rayonunda atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
Nazirlikdən Minval.İnfo-ya verilən məlumata görə, rayonun Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 56 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı sexin sahibi Mürsəl Məmmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bundan başqa, Nazirliyə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən metaləritmə sexindən ətrafa tüstü və qoxunun yayılması ilə bağlı daxil olan şikayət əməkdaşlar tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib. Atmosfer havasından nümunələr götürülüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı sexin sahibi Ümüdvar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Faciədən 5 il keçdi...
Gəncədə bədbəxt hadisə - 1 nəfər xəstəxanalıq oldu
Prezident İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
Kran fəhlənin başına düşdü - Azərbaycanda dəhşət
Prezidentlə xanımı Şamaxıda ağac əkdi