Hava şəraiti dəyişir: Yağış, leysan, dolu
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 17-si günün ikinci yarısından aprelin 19-dək Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İcra Hakimiyyətində yeni təyinat
Bakıda bəzi avtobuslarda “Wi-Fi” quraşdırıldı – qoşulma qaydası (Foto)
Oxçuçay ilə bağlı kampaniyaya hazırlıqlar başa çatıb
Azərbaycan Çinə uçuşları müvəqqəti dayandırır
Dünyanı idarə edən masonlar Azərbaycanda da varmı?
DTX rəisi general Mədət Quliyev aparıcı xanımı ilə əl-ələ - FOTOLAR
Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir - SON DƏQİQƏ