Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb.
Xidmətdən “MİNVAL.İNFO”a bildirilib ki, sentyabrın 2-si axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s, 3-ü axşamdan arabir 25-30 m/s-dək güclənəcəyi, 4-ü səhər isə zəifləyəcəyi gözlənilir.
Sentyabrın 03-ü axşam, 04-ü gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Rayonlarda sentyabrın 2-si axşamdan 4-ü səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, bəzi Kür vadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!