“Hava limanı ilə yanaşı, infrastruktur da yaratdıq”

“Biz bu ilin yanvarın 14-də təməlini qoyduğumuz Füzuli Beynəlxalq Hava Limanının tikintisinin əksər işlərini bitirmişik. Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 km və eni 60 m olan uçuş-enmə zolağı tikilib”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında AZVİRT şirkətinin direktotu Kamil Əliyev deyib.
O qeyd edib ki, ümumi işlərin 95 faizi tamamlanıb:
“İndi yekun işlər gedir. Tikinti zamanı ərazidə minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda, tikintinin aparılması üçün heç bir infrastruktur yox idi.
Biz infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır”, – o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!