Hava əksər əhali üçün əlverişsiz olacaq

Azərbaycanda noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 7°-dək isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 16-da Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında
Arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!