“Hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur!”
“Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu qovacağıq və belə də oldu”.
“Minval.info” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyir.
Dövlət başçısı bildirib ki, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, biz düşməni torpaqlarımızdan qovduq: “Bu gün Azərbaycan xalıq müzəffər xalq kimi yaşayır, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz daim müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq.
Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç nə və heç kim bizi dayandıra bilməz. Biz müqəddəs savaşa çıxmışdıq. Müharibə dövründə hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur.
Biz hər gün qələbə qazanırdıq, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri addım ataq. Baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət istehkam qurulmuşdu. 44 günlük müharibə zamanı Azərbaycan ordusunda bir dənə də olsun fərarilik olmayıb. Biz əsgər, zabitlərimizlə fəxri edirik, onların qəhrəmanlıqları unudulmayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO