Əhaliyə şad xəbər: Pandemiya bitir, qadağalar aradan qaldırılır
Azərbaycanda xüsusi karantin rejimi yumşaldılacaq.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, yaxın günlərdə pandemiya ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılacaq. Belə ki, qapalı məkanlarda maska tələbi və məkanlara daxil olarkən COVİD pasportunun yoxlanılması tələbinin ləğvi gözlənilir.
Ümumdünya Səhiyyə Təşkilatı da bununla da tövsiyə verib.
Həmçinin quru sərhədlərin açılması, qatarların hərəkətinin bərpası da gözlənilir.
Artıq dünəndən etibarən Türkiyə və Rusiyada COVİD pasportu tələbi ləğv edilib. Türkiyədə qapalı məkanlarda maska tələbi də aradan qaldırılıb.
Eyni zamanda ABŞ prezidenti Cozef Bayden də dünən son dövrlərdə ilk olaraq maskasız çıxış edib. Bu həm də bir mesajdır ki, dünyada pandemiya bitir.
Xatırladaq ki, Azərbaycanda ilk yoluxma faktı 2020-ci il 28 fevralda qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
Bakıda maşın bazarında sürücülərə əlavə ödəniş şoku!
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı