03.09.2026 - 22:26
Ölkə 17 baxış

Hakimdən Kərimovlar ailəsinə 10 günlük ultimatum!

Bakının Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən 27 nömrəli evlə bağlı mülkiyyət mübahisəsi yaranıb. Kərimovlar ailəsi bildirir ki, onlar təxminən 70 ildir bu ünvanda yaşayırlar və 2011-ci ildə məhkəməyə müraciət edərək evə dair dövlət reyestrindən çıxarış alıblar, mülkiyyət hüquqlarını rəsmiləşdiriblər. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evlə bağlı iddia qaldırıb və məhkəmə prosesləri nəticəsində onun iddiaları təmin olunub.

Minval.info xəbər verir ki, ailə üzvləri hakimin səlahiyyətlərindən sui-istifadə etdiyini iddia edirlər. Şikayətçi Nüşabə Hüseynova deyir: “İndi o hakimdir, əli hər yerə çatır deyə, bu qədər adamı bayıra atmalıdır?! 9 nəfər harada yaşamalıdır?! İllərdir harada idi? Eşitdi ki, buralar sökülür, indi gəlib ev istəyir.” Ailə üzvləri əlavə edirlər ki, uzun illər ərzində həmin evdə qeydiyyatda olublar, kommunal xərcləri ödəyiblər və evdə müxtəlif tikinti işləri aparıblar.

Riyad Kərimov isə bildirir ki, icra nümayəndələri hər gün evi boşaltmalarını tələb edirlər. Əks halda, polisə və Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəklərini və güc tətbiq etməklə onları evdən çıxaracaqlarını deyirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: