Hakan Fidan: BMT-də Türkiyə vizyonu ön planda oldu
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən toplantılara dair açıqlamalar verib. Fidan, “Prezidentimizin rəhbərliyində Türk heyəti olaraq çox sıx bir iş proqramımız vardı. Türkevi və BMT-də müxtəlif görüşlər keçirdik. Prezidentimiz bu il BMT Baş Assambleyasına 16-cı dəfə müraciət etdi və onun çıxışı Türkiyənin qlobal vizyonunu əks etdirən bir manifest kimi idi” deyə vurğulayıb.
Minval.info xəbər verir ki, Fidan, BMT toplantılarında əsas müzakirə mövzularından birinin Fələstindəki vəziyyət olduğunu bildirib. O, “İştirak etdiyimiz bütün toplantılarda İsrailin soyqırım siyasətlərini, işğal və ilhaq fəaliyyətlərini gündəmə gətirdik. Qəzza və Qərb Şəriyədəki ağrıları çatdırdıq. Qəzzadakı dramın tezliklə sona çatmasını istəyirik” deyə qeyd edib.
İranla bağlı məsələlərə də toxunan Fidan, Tehran heyəti ilə “regional sülh və həll yolları” mövzularını müzakirə etdiklərini açıqlayıb. O bildirib ki, “Bizim üçün əsas olan prinsipal mövqe ilə nəticəyə yönəlmiş diplomatiyanı eyni platformada birləşdirməkdir. Türkiyə, regional təşəbbüslər və konstruktiv yanaşması ilə böhranların həllində diqqətlə dinlənilən bir aktor kimi çıxış edir.”
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq