Hacıqabuldakı Türk Şəhidliyinin lövhələri sökülüb - vandalizm
Hacıqabul rayonunda inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb. Bu barədə Musavat.com-a Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, 1918-ci ildə Türkiyədən Azərbaycana, daha sonra isə Bakıya gələrək Azərbaycan xalqını erməni-bolşevik zülmündən qurtaran Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinin şərəfinə inşa edilmiş Türk Şəhidliyinin lövhələri sökülüb.
Hadisənin nəyə görə, hansı səbəbdən baş verdiyi üzrə araşdırmalar aparılır.
Qeyd edək ki, Hacıqabul rayonunda Türk şəhidliyi 2017-ci ilin 31 mart tarixində açılıb. Həmin zaman Qubalı-Baloğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına Türkiyənin Azərbaycan səfir Erkan Ozoral, hərbi ataşe general Zəfər Ocak, Hacıqabul icra başçısı Əhməd Muxtarov, səfirlik işçiləri və kənd sakinləri qatılıb.
Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla birgə döyüşən 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri – həmin dövrün şahidi olmuş Hənifə Mövlayev, adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib.
Musavat.com

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR

