30.09.2026 - 13:41
Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq
Ölkə 3 baxış

Hacıqabulda bir neçə küçə əsaslı təmir olunacaq

Hacıqabul şəhərində bir neçə küçənin yol örtüyü əsaslı şəkildə yenilənəcək. Bu addım şəhər infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan önəmli bir addımdır.

Minval.info xəbər verir ki, Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən bu məqsədlə satınalma müsabiqəsi elan edilib. Layihənin həyata keçirilməsi üçün ayrılan vəsaitin ümumi dəyəri 515 min manat təşkil edir.

Plana əsasən, təmir işləri H.Həmidov, M.Ə.Rəsulzadə, Şəhriyar və 20 Yanvar küçələrində, eləcə də M.Ə.Rəsulzadə küçəsinə bitişik dalan yollarında aparılacaq.

Təmir işlərinin əsas məqsədi Hacıqabulda nəqliyyat hərəkətini yaxşılaşdırmaq, yol örtüyünü yeniləmək və ümumilikdə küçə infrastrukturunu müasir vəziyyətə gətirməkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: