25.11.2026 - 10:14
Azərbaycan Tibb Universitetində Adilə Namazovanın 100 illiyi qeyd edildi
Ölkə 147 baxış

Azərbaycan Tibb Universitetində Adilə Namazovanın 100 illiyi qeyd edildi

Azərbaycan Tibb Universitetində (ATU) görkəmli alim və akademik Adilə Namazovanın 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir, tibb elminin inkişafında mühüm rol oynayan Namazovanın zəngin irsinə həsr edilmişdi.

Minval.info xəbər verir ki, tədbirin açılışında səhiyyə naziri Anar Bayramovun salamlarını çatdıran nazir müavini İlqar Qasımov, Adilə Namazovanın Azərbaycan səhiyyəsinin, xüsusilə pediatriya elminin inkişafına verdiyi töhfələri vurğulayıb. O, alimin elmi əsərlərinin və pedaqoji fəaliyyətinin əhəmiyyətindən danışıb.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Namazovanın həyat və fəaliyyətinin Azərbaycan tibb elminin inkişafında müstəsna rol oynadığını bildirib. Rektor qeyd edib ki, onun elmi irsi və pedaqoji fəaliyyəti gələcək nəsillər üçün örnək olacaq.

Sabahın hava proqnozu açıqlandı ƏLAQƏLİ
Bunu da oxu

Sabahın hava proqnozu açıqlandı

25.11.2026 - 12:14

Milli Məclisin deputatı Müşfiq Məmmədov, akademik Adilə Namazovanın zəhmətkeşliyi və əzmi ilə Azərbaycanın aparıcı elm xadimlərindən birinə çevrildiyini vurğulayıb. Tədbirdə, həmçinin akademik İradə Hüseynova və Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə də çıxış ediblər.

Konfransın sonunda Adilə Namazovanın ailəsi adından bacısı Tamella Namazova minnətdarlığını bildirib. Tədbir, pediatriyanın aktual problemlərinə həsr olunmuş panel iclaslarla davam etdirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: