Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi axşam saatlarında yerini şimal-şərq küləyinə verəcək.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, havanın temperaturu gecə saatlarında 5-8° isti, gündüz isə 11-14° isti arasında dəyişəcək. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa qədər artacaq. Nisbi rütubət isə 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında bəzi yerlərdə az yağıntı müşahidə oluna bilər. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman olacaq. Mülayim qərb küləyi əsməyə davam edəcək.
ƏLAQƏLİ
Azərbaycan Tibb Universitetində Adilə Namazovanın 100 illiyi qeyd edildi
Rayonlarda havanın temperaturu gecə saatlarında 3-7° isti, gündüz 14-18° isti arasında olacaq. Dağlıq ərazilərdə isə gecə 2° şaxtadan 3°-dək, gündüz isə 5-10° isti olacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Tibb Universitetində Adilə Namazovanın 100 illiyi qeyd edildi
Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir
Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir
Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı
Sabah 16 dərəcə isti olacaq
Bəzi rayonlarda intensiv yağış, Şahdağda qar yağdı
Qazi: "Hətta inanmayacaqsınız, mənim əlilliyim də olub"