Hacıqabul rayonu, Kolanı kəndinin yolları bərbad haldadır - Sakinlər kömək gözləyirlər (FOTOLAR)
Hacıqabul rayonu, Kolanı kəndinin yolları bərbad haldadır.
Minval.İnfo xəbər verir ki, bu yollarla hər gün yüzlərlə şagird məktəbə yollanır. Amma yollar bərbad və keçilməz halda olduğu üçün şagirdlərin davamiyyəti də zəifləyir. Dəfələrlə kənd sakinləri mövcud problemlə bağlı aidiyyəti qurumlara, bədliyyəyə, icra hakimiyyətinə müraciət ediblər, amma heç bir nəticəsi olmayıb.
Sakinlərin sözlərinə görə, yolların bərbad vəziyyəti uzun müddətdir ki, davam edir: “Buna görə də, təkcə piyadalar yox, sürücülər də yoldan əziyyət çəkirlər. Avtobillər tez sıradan çıxır, bu da əlavə xərc tələb edir. Piyadalar üçün isə yağışdan sonra bu yol ümumiyyətlə keçilməz olur. Xahiş edirik ki, bu məsələyə diqqət ayrılsın”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır






