Hacı Nuran, "Space" TV... - 100 min pulu götürüb ölkədən qaçdı - ŞOK FIRILDAQ (FOTO)
Gənclərin iş axtarışında olması bəzi fırıldaqçılar üçün fürsətə çevrilib.
Minval.info xəbər verir ki, bir işbaz da televiziyada işə düzəltmək adı ilə xeyli pul mənimsəyib. Şikayətçilər iddia edir ki, Vüqar Ağayev adlı şəxs onlardan işə düzəltmək adı ilə min manatdan 10 min manata qədər pul alıb.
Üstəlik Ağayev aldığı pula fərqli don da geyindirib, bunun dövlət rüsumu olduğunu deyirmiş. Ağayev iş arzusunda olanlara prodakşn rəhbəri olduğunu və onları “Space” telekanalına işə düzəldəcəyinə söz verib.
İttihamlara görə, başqa bir qrup şəxsə isə “Heydər Əliyev Fondu”-nda iş düzəltməyi boynuna götürüb, üstəlik aparıcı Hacı Nuranın adından istifadə edib.
Bu tələyə düşənlər bir müddət sonra pullarını geri istəyiblər. Ancaq iddialara görə, həmin şəxs yeni vədlər verib, “bu gün-sabah” deyərək, prosesi uzadıb.
Sonda isə iddiaçıların təxmini hesablamalarına görə, 100 min AZN mənimsəyərək ölkədən qaçıb. Bununla bağlı artıq 26-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət ediblər.
Fırıldağın qurbanı olan üçün isə artıq ip də gedib, it də, çünki həm yenə işsiz qalıblar, həm də dələduz qaçdığı üçün pulu geri alacaqlarına ümidləri yoxdur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynada raketlə vurulan maşında azərbaycanlı həlak olub
Teymur Rəcəbov: "Qarışıq hisslər keçirirəm"
“Vardanyan layihəsi” separatçıları daha tez bitirəcək!
Kəndimizin azad olunduğu gün yenidən doğulduğumuz gündür
“Təcavüzdən sonra təklif etdilər ki, 5 yaşlı qızın barmağına üzük taxaq”
Şənbə gününün havası açıqlandı


