Hərbi xidmətə çağırışda kimlər Tibbi müayinədən keçəcək? – Əsas kateqoriyalar və prosedurlar
Müddətli həqiqi hərbi xidmətə çağırış zamanı müəyyən kateqoriyalara aid olan vətəndaşlar yekun tibbi müayinədən keçəcək.
Minval.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, tibbi şəhadətləndirmə zamanı “B” kateqoriyası üzrə sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, “Ç” kateqoriyası üzrə sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsızlıq, “C” kateqoriyası üzrə dinc dövrdə yararsızlıq və müharibə dövründə məhdud yararlılıq, “D” kateqoriyası üzrə isə həm dinc, həm də müharibə dövründə yararsızlıq rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər.
Bu müayinələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Mərkəz, ən müasir tibbi avadanlıqlarla təchiz edilmişdir və burada Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndəriş əsasında elektron növbəlilik qaydasında müayinə həyata keçirilir.
Tibbi Qiymətləndirmə Mərkəzində çağırışçılar qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, spirometriya, ultrasəs müayinələri, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya və stomatoloji müayinələrdən keçirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
Turpaket alarkən diqqət edilməli məqamlar: səyahət kabusa çevrilməsin
Afət Rahilqızının həyat yoldaşı sosial medianın müzakirələrinə cavab verdi
İşsiz vətəndaşlara maddi yardım: Kimlər faydalana bilər?
Pensiyaya çıxanlara birdəfəlik müavinət nəzərdə tutulub