Hərbi qeydiyyat tam “ASAN”laşdı – Dövlət Xidmətinin belə hüququ olmayacaq
Hərbi qeydiyyatla bağlı xidmətlər yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
“Minval”ın məlumatına görə, bu, prezident İlham Əliyevin dünən imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və onun strukturlarnda bu xidmətlər həyata keçirilməyəcək.
Hərbi qeydiyyatla bağlı xidmətlərə yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması, o cümlədən vətəndaşın hərbi qeydiyyatda olmasına, vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə, həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında və vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışların verilməsi daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!