"Hər qadının yaşamaq haqqı var" - - Elvin
Ötən gün sosial şəbəkələrdə, bir çox instaqram və “Tik-tok” səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.
Sosial mediada geniş müzakirə olunan məsələyə müğənni Elvin Mirzəzadə də qoşulub:
“Kifayət qədər müasir düşüncəliyəm. Lakin bu məsələdə içimdəki səs baş verənləri şiddətli qınayır. Olmasın şəhid, olsun x bir şəxs. Ölən qardaşın nişanlısına necə başqa gözlə yanaşmaq olar? Kiminsə yatağına, özəl həyatına qarışacaq haqq görmürəm heç kimdə. Bəlkə, bu yazım da kənardan artıq qarışmaq kimi görünəcək. Amma beynim yanır. Əslində, məsələnin kökündə bizim mentalitetin boşluqları dayanır. “Qız bizimdirsə, elə ailəmizə də qismət olmalıdır” düşüncəsi, “yoldaşı şəhid olan qadının şəxsi həyatı ola bilməz” düşüncəsiylə vəhdət təşkil edərək cəmiyyətimizdə bu cür mənzərəyə səbəb olur. Hər qadının yaşamaq, başqası ilə ailə qurmaq şansı, haqqı var. Ancaq bu şəxs birinci dəfə nişanlı olan vaxtı ona qardaş olacaq biri olmamalıdır deyə düşünürəm. Nə bilim, bəlkə də yanlış düşünürəm. Allah xoşbəxt eləsin!”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"