Həkimlərdən valideynlərə ciddi XƏBƏRDARLIQ - VİDEO
Ümumdünya Səhiyyə Təşkilatı qızılca xəstəliyi ilə bağlı valideynlərə müraciət edib. Uşaqların qızılcaya qarşı peyvənd olunmaması onların həyatı bahasına başa gələ bilər. Xüsusilə 5 yaşınadək uşaqların qızılcaya qarşı peyvənd olunması vacibdir.
Əgər qızılca əleyhinə peyvənd edilməzsə hər 10 uşaqdan biri ölə bilər.
Minval.info Xəzər TV-yə istinaədən xəbər verir ki, bu açıqlama ilə Ümumdünya Səhiyyə Təşkilatı valideynlərə xəbərdarlıq edib. Xüsusilə 5 yaşınadak uşaqlarda bu epidemiyaya yoluxmaq riski yüksəkdir.
Mütəxəssislər bildirir ki, əgər qızılca əleyhinə peyvənd edilməyən uşaqların sayı çox olarsa bu epidemiya sürətli yayıla və uşaqların sağlamlığına ciddi zərər vura bilər.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən hər il qızılcadan təxminən150 min nəfər dünyasını dəyişir və onların əksəriyyətini azyaşlı uşaqlar təşkil edir. Bu uşaqların orqanizminin daha zəif olması ilə bağlıdır. Valideynlər bir neçə əlamətə diqqət etməklə uşağın qızılcaya yoluxub-yoluxmadığını aşkar edə bilərlər.
Onu da qeyd edək ki, Ukraynanın paytaxtı Kiyev şəhərində yanvarın 1-dən etibarən uşaqların sürətlə qızılcaya yoluxması baş verib. Bu isə şəhərdə fövqəladə vəziyyətin elan olunmasına səbəb olub. Qızılcaya qarşı peyvənd olunmayan uşaqların bağça və məktəblərə buraxılmasına isə qadağa qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Firuzə İbadova onkoloji xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar"
Bakıda xəstəyə meyitdən ürək köçürüldü
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər