Həkimdən xəbərdarlıq: Enerji içkiləri ürəyi dayandıra bilər
“Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər”.
Minval.İnfo xəbər verir ki, bunu azvision.az-a açıqlamasında tanınmış həkim Adil Qeybulla deyib. O, bildirib ki, enerji içkilərinin uşaqlar tərəfindən istifadəçi olduqca təhlükəlidir, valideynlər bu məsələdə diqqətli olsunlar.
“Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur. Buna diqqətli olmaq lazımdır. Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Bundan başqa insanlara məlumat vermək lazımdır ki, bu içkilər ziyanlıdır, mümkün qədər istifadə etməsinlər. Əfsuslar olsun ki, bəzən korporativ maraqlar üstün gəlir”.
A.Qeybulla qeyd edib ki, problemin həlli yolu ərzaq və dərman təhlükəsizliyi konsepsiyasının yaradılmasındadır.
“Bu, milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalıdır. İstər dərman preparatlarının, istərsə də qida məhsullarının istehlak qaydaları vətəndaşlara izah edilməlidir. Bu, çox vacib məsələdir. Enerji içkilərin ziyanlı olması ilə bağlı məsələnin qaldırılması mütləqdir və mən bunu dəstəkləyirəm. Vətəndaşlar mümkün qədər belə içkilərdən istifadə etməsinlər, bunun təhlükəli olduğunu dərk etsinlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib