Həkim: "Bəhram Bağırzadənin hərarəti və qanda iltihabi göstəricilər yüksəldiyindən ..."
“Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqda, stabildir”.
Bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. O bildirib ki, hemodinamik göstəricilərdə, udqunma və qidalanmada narahatlıq müşahidə edilmir: “Fəaldır, ayağa qalxır, yeriyir. Mövcud traxeostomatik boru daha kiçiyinə dəyişilib. Son iki gündə həmin boru qapalı saxlanılıb, xəstənin tənəffüsü fizioloji yolla, yəni burun və ağızdandır. Yaxın günlərdə həmin borunun tamamilə çıxarılması nəzərdə tutulur.
Bununla belə ötən gün bədən hərarətinin və qanda iltihabi göstəricilərin yüksəlməsi nəzərə alınaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müvafiq dəyişikliklər edilib”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
///APA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda