Həftənin ilk gününə olan hava proqnozu açıqlandı

Azərbaycanda oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.İnfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-11° gündüz 17-20° isti olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 2-7°, gündüz 15-20°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək dağlıq ərazilərdə gecə 3-8° şaxta, gündüz 0-5° isti təşkil edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ən gəlirli peşə hansıdır? - SORĞU
Bakıda yük avtomobili aşdı - VİDEO
Azərbaycanda orta aylıq əmək haqqı artıb
İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı
Ramil Usubov polislərin qarşısında tələb qoydu
Ölkəmizə qanunsuz keçmək istəyən 8 əcnəbi saxlanıldı - FOTOLAR