Həcc ziyarətinə sənəd qəbulu başlandı - Kvota və qiymət
Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti artıq məlum olub.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə məlumat verilib. Bildirilib ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.
Ziyarətin ötənilkindən bir qədər baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqədardır.
Artıq Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək arzusunda olan bütün insanlar bu arzularını reallaşdıra biləcəklər. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.
Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu. Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"